Əsas Səhifə > Ana xəbər / Güney Press > Əməli nəticə yoxdursa, görüşlərin faydası nədir?
Əməli nəticə yoxdursa, görüşlərin faydası nədir?Bu gün, 07:02 |
|
Mədəniyyət Nazirliyi vaxtaşırı yazıçılarla, aktyorlarla, rejissorlarla və digər mədəniyyət nümayəndələri ilə görüşlər keçirir. Görüşdən sonra şəkillər paylaşılır, xəbərlər yayımlanır, rəsmi hesabatlarda növbəti fəaliyyət bəndi tamamlanmış kimi təqdim edilir. Amma sual yaranır: bu görüşlərin real nəticəsi haradadır?
Yazıçılarla görüş keçirilir, amma kitab bazarının, müəllif qonorarının, oxucu qıtlığının, nəşriyyat problemlərinin həlli istiqamətində hansı dəyişiklik baş verir? Aktyorlarla görüşürlər, amma teatrların problemləri olduğu kimi qalır. Kinodan danışırlar, amma Azərbaycan kinosunun inkişafına mane olan əsas məsələlər yenə də öz həllini tapmır.
Əgər hər görüş yalnız kollektiv şəkil çəkdirmək və "iş prosesi davam edir" görüntüsü yaratmaq üçündürsə, bunun mədəniyyətə nə faydası var?
Mədəniyyət sahəsinin nümayəndələri növbəti görüşə deyil, konkret qərarlara, proqramlara və nəticələrə ehtiyac duyurlar. Problemlər müzakirə olunmaq üçün deyil, həll olunmaq üçün gündəmə gətirilməlidir.
Yoxsa illər keçəcək, arxivlərdə yüzlərlə görüş şəkli qalacaq, amma həmin şəkillərin içində həllini tapmamış problemlər də donub qalacaq.
Günel Qarayeva - "DİA-AZ" Geri qayıt |