Əsas Səhifə > Ana xəbər / Güney Press > 44 günlük savaşda bütün peşəkar zabitlər öldü, ordu çöküşdədir

44 günlük savaşda bütün peşəkar zabitlər öldü, ordu çöküşdədir


Bu gün, 01:54

Ermənistan ordusunda baş verən ölüm hadisələri və intiharlarla bağlı müzakirələr daha da kəskinləşib.

Musavat.com xəbər verir ki, Ermənistan müdafiə nazirinin sabiq müşaviri David Camalyan orduda baş verən faciəvi hadisələrin hakimiyyətin apardığı siyasətin nəticəsi olduğunu bildirib.

Onun sözlərinə görə, Baş nazir Nikol Paşinyanın ordudakı intiharları qumar oyunları, şəxsi və ailə problemləri, yaxud döyüş növbəsində yuxuya getmə ilə əlaqələndirməsi məsuliyyəti öz üzərindən atmaq cəhdidir.

Camalyan qeyd edib ki, əvvəlki hakimiyyət dövründə Silahlı Qüvvələrdə baş verən hər bir hadisə çox ciddi araşdırılırdı və o vaxtkı müdafiə naziri Seyran Ohanyan zabit və generallara "ordu cəmiyyətin güzgüsüdür" ifadəsini işlətməyi belə qadağan etmişdi.

Keçmiş müşavirin sözlərinə görə, 44 günlük müharibədə çoxlu peşəkar zabit həlak olub və bundan sonra orduda ciddi idarəetmə böhranı yaranıb. O bildirib ki, hakimiyyət ordunu gücləndirmək əvəzinə polis və patrul xidmətinin gücləndirilməsinə üstünlük verib.

Camalyan əlavə edib ki, hər bir hadisədən sonra yerində araşdırmalar aparılır, lakin əsas problem siyasi rəhbərliyin yanaşmasıdır. Onun fikrincə, ordu ilə polis arasında yaradılmış süni qarşıdurma aradan qaldırılmalı, peşəkar kadrların orduya cəlb edilməsi üçün stimul yaradılmalıdır.


Geri qayıt