Əsas Səhifə > Ana xəbər / Güney Press > "Space" TV-də yeni təyinat

"Space" TV-də yeni təyinat


Bu gün, 17:57

"Space" Müstəqil Teleradio Şirkətində növbəti kadr təyinatı gerçəkləşib.

Bizim.Media-nın əldə etdiyi məlumata görə tanınmış ssenarist və prodüser Fariz Əliyev "Space" Müstəqil Teleradio Şirkətinin baş direktoru Ayaz Mustafayevin müşaviri vəzifəsinə gətirilib.

Bu təyinata qədər ölkənin müxtəlif televiziya kanallarında məsul və rəhbər vəzifələrdə çalışan Fariz Əliyev, eyni zamanda media sahəsində bir çox uğurlu layihələrin müəllifi və rəhbəri kimi tanınır.


Qeyd edək ki, son dövrlər "Space" TV-də idarəetmənin effektivliyinin artırılması, efir siyasətinin yenilənməsi və kanalın inkişafına yönəlmiş ardıcıl islahatlar həyata keçirilir.


Geri qayıt