Əsas Səhifə > Ana xəbər / Güney Press > İcra başçısı özünə yeni köməkçi təyin etdi

İcra başçısı özünə yeni köməkçi təyin etdi


Bu gün, 17:15

Füzuli Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Alı Alıyev özünə yeni köməkçi təyin edib.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, icra başçısı bununla bağlı əmr imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə Şamil Bayramlı təyin olunub. O, yeni təyinatadək Sosial-iqtisadi məsələlər, informasiya təminatı və təhlili sektorunda məsləhətçi işləyib.

Xatırladaq ki, daha əvvəl başçının köməkçisi vəzifəsində İlkin Əmirli çalışıb. O, bu ilin mart ayında işdən çıxarılıb.


Geri qayıt