Əsas Səhifə > Ana xəbər / Güney Press > Gigiyena və Epidemiologiya Mərkəzi "SİNAM" MMC ilə "zerkalnı" müqavilə bağladı
Gigiyena və Epidemiologiya Mərkəzi "SİNAM" MMC ilə "zerkalnı" müqavilə bağladıBu gün, 06:38 |
|
Respublika Gigiyena və Epidemiologiya Mərkəzi proqram təminatının (SERP) modullarına texniki xidmətlə bağlı rəqabətsiz "Bir mənbə" metodu ilə "SİNAM" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə anlaşıb. 32gun.az yazır ki, tərəflər arasında 118 min 118 manatlıq "zerkalnı" müqavilə bağlayıb. Araşdırmamız zamanı bəlli olub ki, müqavilə bağlanmış şirkətin külli miqdarda vergi borcu mövcuddur.32gun.az-ın əldə etdiyi məlumata görə, şirkətin 4 milyon 785 min manatlıq nəhəng borcu var.
Xatırladaq ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Sara Həsənovadır. Geri qayıt |