|
Konstitusiya Məhkəməsi fiziki şəxs Abbasov Fikrət Firad oğlu (VÖEN – 2002705992) ilə satınalma müqaviləsi imzalayıb. Yeniavaz.com açıqlanan rəsmi məlumata istinadən xəbər verir ki, satınalma müqaviləsi bir mənbədən satınalma metodu əsasında bağlanıb. Müqaviləyə əsasən, Fikrət Abbasov Konstitusiya Məhkəməsinin inzibati binasının 2-ci mərtəbəsində baş vermiş çökmənin nəticəsində bərpa-təmir işləri aparacaq və bunun qarşılığında 2 min 280 manat alacaq. Qeyd edək ki, açıqlanan məlumatda görüləcək işlərin bir gün ərzində – 30.07.2026-cı il tarixində başa çatdırılacağı göstərilir. Onu da bildirək ki, Konstitusiya Məhkəməsi 2 il əvvəl də Fikrət Abbasov ilə təmir işləri ilə bağlı satınalma müqaviləsi imzalayıb.
Geri qayıt
|