Əsas Səhifə > Ana xəbər / Güney Press > Vilyam Hacıyevin həyat yoldaşının sürdüyü “BMW” “Prius” qiymətinə satıldı
Vilyam Hacıyevin həyat yoldaşının sürdüyü “BMW” “Prius” qiymətinə satıldıBu gün, 05:45 |
|
İmişlinin korrupsiya cinayətləri ilə bağlı məhkum edilmiş keçmiş icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə müsadirə edilmiş avtomobillərindən daha biri satılıb. "DİA-AZ" xəbər verir ki, Xitab24.az-ın əldə etdiyi məlumata görə, söhbət “BMW 740İ” markalı avtomobildən gedir. İlk dəfə 23 min manata təklif olunan “BMW 740I” son olaraq yarı qiymətinə - 11 500 manata satılıb. Bu isə demək olar ki, avtomobil bazarında yaxşı vəziyyətdə olan “Prius” markalı maşının qiymətinə bərabərdir. Həmin avtomobili Vilyam Hacıyevin həyat yoldaşı Cülyetta İbrahimova idarə edirdi.
Geri qayıt |