Əsas Səhifə > Ana xəbər / Güney Press > Vüqar Əhmədov iki rayonun rəislərinin yerini dəyişdi

Vüqar Əhmədov iki rayonun rəislərinin yerini dəyişdi


Bu gün, 12:41

“Azərişıq” ASC-də kadr dəyişikliyi olub.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Cəlilabad Elektrik Şəbəkəsinin rəisi Fərid Nəcəfov vəzifəsindən azad olunaraq Masallı Elektrik Şəbəkəsinin rəisi təyin edilib.

Masallı Elektrik Şəbəkəsinin Barat Baratov isə vəzifəsindən azad edilərək Cəlilabad Elektrik Şəbəkəsinin rəisi vəzifəsinə təyin olunub.


Geri qayıt