Əsas Səhifə > Ana xəbər / Güney Press > Rubinyan jurnalistlərə məhdudiyyət iddialarını təkzib etdi

Rubinyan jurnalistlərə məhdudiyyət iddialarını təkzib etdi


Bu gün, 11:28

Ermənistan parlamentinin spikeri vəzifəsinə namizəd Ruben Rubinyan Milli Məclisdə jurnalistlərin fəaliyyətinə yeni məhdudiyyətlər tətbiq ediləcəyi ilə bağlı yayılan məlumatları təkzib edib.

Sherg.az xəbər verir ki, Rubinyan müxalifətin "yeni məhdudiyyətlər" kimi təqdim etdiyi qaydaların 2021-ci ildən qüvvədə olduğunu bildirib. Onun sözlərinə görə, təhlükəsizlik qaydalarına edilən son dəyişikliklər jurnalistlərin fəaliyyətinin məhdudlaşdırılmasını nəzərdə tutmur.

Müxalif deputat Marianna Kaqramanyan isə daha əvvəl iddia etmişdi ki, yeni qaydalara əsasən akkreditə olunmuş jurnalistlərin parlament binasında sərbəst hərəkəti məhdudlaşdırılacaq, onlar üçün xüsusi zona ayrılacaq və media nümayəndələri üçün əlavə tələblər tətbiq ediləcək.

Qeyd edək ki, Ermənistan Milli Məclisinin IX çağırışı avqustun 2-də fəaliyyətə başlayacaq.


Geri qayıt