Əsas Səhifə > Ana xəbər / Güney Press > İranın KƏŞFİYYATI BUDURSA...
İranın KƏŞFİYYATI BUDURSA...Bu gün, 15:50 |
|
İranın Kəşfiyyat Nazirliyi Azərbaycan Dövlət Televiziya kanalını da daxil etdiyi “düşmən media qurumları” ilə bağlı siyahısını iyulun 23-ə yayımlayıb. Yəni AZ TV ilə istənilən formada əməkdaşlıq edən, məlumat, foto, video və ya digər materiallar göndərən İran vətəndaşları “Casusluğa və sionist rejimlə əməkdaşlığa görə cəzanın sərtləşdirilməsi haqqında qanunun” 4-cü maddəsi çərçivəsində cinayət məsuliyyətinə cəlb olunacaqlar. Siyahıda Güney Azərbaycan Televiziyası da var və İran vətəndaşları əsasən Günaz TV-yə şəkil və video göndərir, şərhlər verirlər. Buna baxmayaraq, İranın Kəşfiyyat Nazirliyi AZ TV-ni siyahıya məhz ona görə əlavə edib ki, bu Azərbaycan dövləti əleyhinə atılmış addım kimi qiymətləndirilsin.
Bu qərardan bir neçə gün sonra Ərdəbildə "Şeyx Səfiəddin Ərdəbilinin Xatirə Günü" və "Ərdəbil Həftəsi" keçirilib və həmin tədbirdə Milli Məclisin deputatı Ceyhun Məmmədov, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli və mədəniyyət nazirinin müavini Fərid Cəfərov iştirak ediblər. Halbuki, İranın Kəşfiyyat Nazirliyi Azərbaycan əleyhinə qərarı yayımladıqdan sonra səfər təxirə salına bilərdi. Tədbirlər zamanı onlara “Səhər” kanalının mikrofonları uzadılıb və təmsilçilərimiz tədbir, o cümlədən iki ölkə arasındakı münasibətlər barədə fikirlərini bildiriblər. Tutaq ki, oxşar mədəniyyət tədbiri Bakıda keçirilir və həmin tədbirə İran rəsmiləri, elm adamları və millət vəkilləri dəvət olunurlar, həmin şəxslər də onlara uzanan AZ TV mikrofonlarına fikirlərini bildirir, şərh verirlər. Maraqlıdır, həmin şəxslər ölkələrinə qayıtdıqdan sonra İranın Kəşfiyyat Nazirliyi onlara qarşı cinayət işi açarmı?
Müəllif: Elxan Şahinoğlu - "DİA-AZ"
Geri qayıt |