Əsas Səhifə > Ana xəbər / Güney Press > "Tibb bacıları xalama su vermədilər ki, onsuz da ölürsən"
"Tibb bacıları xalama su vermədilər ki, onsuz da ölürsən"Bu gün, 17:27 |
|
Aparıcı Humay Muxtarovanın bloger qızı Nuray xalasının ölümü ilə bağlı sosial şəbəkədə paylaşım edib.
“Bakupost” xəbər verir ki, o “Semaşko” kimi tanınan Kliniki Tibbi Mərkəzdə personalın xalasına qarşı kobud davrandığını iddia edib.
Nurayın sözlərinə görə, xalası əvvəlcə başqa xəstəxanada müalicə alıb, daha sonra vəziyyəti ağırlaşdığı üçün Kliniki Tibbi Mərkəzə köçürülüb:
“Mənim əlim sizin yaxanızdadır. İyulun 24-də “Məlhəm Hospital”da xalamın vəziyyəti yaxşı idi, ona yaxşı baxırdılar. Maddi məsələlərlə bağlı onu Respublika Klinik Xəstəxanasına köçürməli olduq. Oradan da “Semaşko”ya göndərdilər. Çünki xalamın vəziyyəti ağırlaşmışdı. Oradakı tibb bacıları Əzrayıl idi. Bilinmir, insan düşmənidirlər, yoxsa həkimdirlər. Xalam su istəyib, tibb bacıları deyiblər ki, nə edirsən suyu, onsuz da öləcəksən. Xalamın yoldaşı qışqır-bağır salıb, ona da deyiblər ki, bu gicdir”.
Məsələ ilə bağlı TƏBİB-ə sorğu ünvanladıq. Qurumdan “Bakupost”a bildirildi ki, iyulun 25-də saat 16:30-da 1961-ci il təvəllüdlü qadın ağır vəziyyətdə digər tibb müəssisəsindən Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsinə hospitalizasiya olunub:
“Pasiyentə kəskin ürək çatışmazlığı, sepsis, V mərhələ xroniki böyrək çatışmazlığı, hiperkalemiya, ürək ritminin pozulması və ağırlaşmış qanqrenoz yara diaqnozları təyin edilib. Ona zəruri tibbi yardım göstərilib, intensiv müalicə və reanimasiya tədbirləri həyata keçirilib. Lakin pasiyent reanimasiya tədbirlərinə cavab verməyib və həmin gün saat 23:00-da bioloji ölüm faktı qeydə alınıb.
Bildiririk ki, pasiyentin Reanimasiya şöbəsində müalicə aldığı müddətdə yaxınları ilə hər hansı tibbi heyət üzvü arasında münaqişə və ya insident baş verməyib. Ölüm faktı qeydə alındıqdan sonra pasiyentin yaxınları tibb müəssisəsinə dəvət olunub və onlar heç bir narazılıq bildirmədən, müvafiq iltizam əsasında meyiti təhvil alıblar”.
Qurumdan sonda qeyd olundu ki, internet informasiya resurslarında yayılan videoda səsləndirilən iddialar həqiqəti əks etdirmir.
VDEO BURADA: https://t.me/bakupost/25117
Geri qayıt |