Əsas Səhifə > Ana xəbər / Güney Press > Dövlət büdcəsində əvvəlki kimi artıqlıq yaranmır: 300 MİLYONLUQ AZALMA
Dövlət büdcəsində əvvəlki kimi artıqlıq yaranmır: 300 MİLYONLUQ AZALMABu gün, 12:09 |
|
Bu ilin birinci yarısında dövlət büdcəsində 2 milyard 403,7 milyon manat artıqlıq (profisit) yaranıb. "DİA-AZ" Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, dövlət büdcəsinin profisiti ötən ilin eyni dövrü ilə müqayisədə 304,6 milyon manat və ya 11,2% azalıb. Xatırladaq ki, 2025-ci ilin yanvar-iyun aylarında dövlət büdcəsində 2 milyard 708,3 milyon manat profisit yaranmışdı. Qeyd edək ki, bu ilin birinci yarısında dövlət büdcəsinin gəlirləri 19 milyard 179,2 milyon manat olub. dövlət büdcəsinin gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 624,7 milyon manat və ya 3,2% azalıb. Dövlət büdcəsinin xərcləri isə 16 milyard 775,5 milyon manat olmaqla, illik müqayisədə 320,1 milyon manat (1,9%) azalıb. Geri qayıt |