Əsas Səhifə > Ana xəbər / Güney Press > Gürcüstanda 61, Ermənistanda 35, Azərbaycanda isə 11...

Gürcüstanda 61, Ermənistanda 35, Azərbaycanda isə 11...


Bu gün, 11:59

Cənubi Qafqaz ölkələri arasında ən çox xarici turist qəbul edən ölkə Gürcüstan olub.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, bu ilin ilk altı ayında Gürcüstana 2 milyon 272 min 964 xarici turist səfər edib.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 0,1 faiz artım deməkdir.
Qeyd edək ki, son rəsmi statistikaya əsasən, Gürcüstanın əhalisi təxminən 3,7 milyon nəfərdir. Bu isə o deməkdir ki, bu ilin ilk 6 ayında Gürcüstanda hər 100 nəfərə təxminən 61 əcnəbi turist düşüb.
Onu da bildfirək ki, Ermənistan tarixində ilk dəfə bu ilin ilk altı ayında 1 milyon turist həddini keçərək rekord müəyyənləşdirib. Ermənistan 2026-cı ilin ilk yarısında 1 milyon 41 min 598 xarici turist qəbul edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 14,8 faiz çoxdur və ölkə tarixində yanvar–iyun ayları üzrə ən yüksək nəticə hesab olunur.
Ermənistanın təxminən 2,96 milyon nəfərlik əhalisi nəzərə alındıqda, altı ay ərzində hər 100 nəfərə 35 əcnəbi turist düşüb.
Azərbaycana isə yanvar–iyun aylarında 1 milyon 92 min 600 xarici vətəndaş və vətəndaşlığı olmayan şəxs gəlib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,3 faiz azdır.
Azərbaycanın əhalisi təxminən 10,3 milyon nəfər olduğundan, altı ay ərzində hər 100 nəfərə 11 əcnəbi turist qeydə alınıb.


Geri qayıt