Əsas Səhifə > Ana xəbər / Güney Press > Uşaqlarınızı ölümə göndərməyin!

Uşaqlarınızı ölümə göndərməyin!


Bu gün, 08:10

"Uşaqlarınızı ölümə göndərməyin!
Son günlər eşidirəm ki, bəzi ata-analar bu il məktəbi bitirmiş və göstəriciləri zəif olan oğlan uşaqlarını Rusiyanın bəzi universtetlərinə göndərirlər..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış jurnalist Azər Həsrət qeyd edib.

O daha sonra fikrini belə davam etdirir: "Deyilənə görə, heç rus dilində belə təhsil almamış gənclər hansısa yollarla Rusiyanın ikinci eşelon universitetlərinə rahatca “qəbul” olunurlar...
Mənim bununla işim yoxdur. Əsl məqsədim başqadır. İş ondadır ki, Rusiya sentyabr ayından başlayaraq öz işğalçı-qanlı ordusuna daha 500 min yeni döyüşçü cəlb etməyi planlayır! Və bunlar da rus millətindən olan deyil. Əsasən xarici vətəndaşlar, özəlliklə də nəyin nə olduğunu düz-əməlli anlamayan gəncləri könüllü adı altında zorla müharibəyə aparıb Ukraynada məhv edəcəklər! Dəfələrlə demişəm, Rusiyanın Ukraynaya qarşı apardığı işğalçı savaşın əsas məqsədlərindən biri də rus olmayanlar üzərində soyqırım gerçəkləşdirməkdir! Bütün statistika göstərir ki, ötən 4 il yarımda Ukrayna savaşına göndərilərək məhv edilənlər ruslar deyil, daha çox türklər və müsəlmanlardır. Təəssüf ki, onların arasında Rusiya vətəndaşı olmayanlar da az deyil. Sözümün canı odur ki, uşaqlarınızı Rusiyaya oxumağa göndərməklə, əslində qanlı urus imperiyasına təhvil verirsiniz. İraq olsun, övladlarınızı itirmək qorxusu 99 faizdən az deyil. Bir düşünün. O lənət imperiyasından nə vaxt xeyir gördük ki, indi də uşaqlarınızı aparıb orada hayıf edirsiniz?.."


Geri qayıt