Əsas Səhifə > Ana xəbər / Güney Press > Həbs edilən iş adamları kimlərdir: izlər Xızıya aparır
Həbs edilən iş adamları kimlərdir: izlər Xızıya aparırBu gün, 09:18 |
|
Kənd təsərrüfatına yönəldiləcəyi adı ilə dövlətə məxsus “Aqrarkredit” QSC-dən külli miqdarda krediti təyinatı üzrə xərcləmədiyi səbəbindən DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən bir neçə sahibkarın saxlanıldığı barədə məlumat vermişdik. Yeri gəlmişkən, Musavat.com xəbər verir ki, hazırda “Aqrarkredit” QSC-nin Müşahidə Şurasının sədri Anar Kərimovdur. O, BDU-nun məzunudur, 2001-ci ildə Amerikan Universitetində (Vaşinqton, ABŞ) Beynəlxalq iqtisadi hüquq üzrə magistr dərəcəsi alıb. 2001-ci ildə ABŞ-Azərbaycan Ticarət Palatasında (ABŞ) hüquqşünas, 2002–2005-ci illərdə Xarici İşlər Nazirliyinin İqtisadi əməkdaşlıq və inkişaf idarəsində attaşe və üçüncü katib, 2005-2006-cı illərdə Azərbaycan Respublikasının İsveçrədəki səfirliyində üçüncü katib, 2007-2010-cu illərdə İslam İnkişaf Bankında (S.Ərəbistanı) Türkiyə və Mərkəzi Asiya üzrə baş hüquqşünas, 2010-2011-ci illərdə İqtisadi İnkişaf Nazirliyinin Xarici investisiyalar və İqtisadi əlaqələr üzrə şöbələrində şöbə müdirinin müavini və şöbə müdiri, 2011-2018-ci illərdə beynəlxalq layihələrdə ekspert və özəl sektorda rəhbər vəzifələrdə işləyib. 2019-2025-ci illərdə o, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsində çalışıb.2025-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının maliyyə nazirinin birinci müavini təyin olunub. 2025-ci ilin iyun ayından “Aqrarkredit” QSC-nin Müşahidə Şurasına sədridir. Həbs edilən şikrkət rəhbərləri haqda məlumat olduqca azdır. 2004-ci ildən dövlət qeydiyyatından keçən “ Şurabad Quşçuluq” Xızıda fəaliyyət göstərib. Məlumdur ki, Şurabad (rəsmi adı Şorabad) Xızıda yerləşən qəsəbədir.“Şurabad Quşçuluq” uzun illər cücəni İrandan gətirib. Əvvəl İllik istehsalı 300 min baş diri quş olub. İnternet resurslarında illər öncə MMC-nin Avropa ölkələrindən yeni inkubator avadanlıqları alacağı, Azərbaycanda özünü cücə ilə təmin edən ilk fabrikyaradılacağı, yumurta satışına başlayacağı, həmçinin diri cücənin və quş ətinin Gürcüstana və digər ölkələrə ixracı həyata keçiriləcəyi haqda rəsmi informasiya var. Şirkətin Azərbaycanən digər şəhərlərində də özəl satış bazaları, fabrikləri olduğu bildilirdi. Həbs edilənlərdənM.Musayevin Konfederasiyada müavini olan Fazil Rüstəmov haqda da məlumat demək olar ki, yoxdur. Araşdırmamız göstərdi ki, qurumun rəsmi internet saytında Konfederasiyanın nə İdarə Heyətində, nə Diurektoluğunda F. Rüstəmovun adı var. Məlumat üçün qeyd edək ki, M.Musayevin hələ də rəhbərlik etdiyi Sahibkarlar Konfederasiyası 5 mart 1999-cu ildə təsis edilib və dövlət qeydiyyatına alınıb. Vikipediya məlumatlara görə, Konfederasiyanın Azərbaycanın 5 rayonunda bütün respublikanı əhatə edən regional nümayəndəliyi fəaliyyət göstərir.Konfederasiya nizamanəməsində göstərilir ki, məqsədi müvafiq dövlət hakimiyyəti orqanları, bələdiyyə qurumları və digər təşkilatlar qarşısında sahibkarlıq subyektlərinin hüquqlarını, əmlak və digər qanuni mənafelərini müdafiə etməkdir. "Şurabad Broyler" də Xızıda fəaliyyət göstərib, hətta Azərbaycanı beynəlxalq qida sərgisində təmsil də edib. Sahibkarlığa Kömək Milli Fondu da böyük ehtimalla onlara kredit verib, çünki hələ 2010-cu ildə Xızı rayonundakı illik istehsal gücü 11 milyon ədəd damazlıq yumurta olan "Şurabad Broyler" ASC və illik istehsal gücü 12 milyon ədəd damazlıq yumurta və 2,5 min ton quş əti olan "Şurabad Quşçuluq" MMC-də aparılan tikinti işlərinə baxış keçirilməsi haqda informasiyalar var. Geri qayıt |