Əsas Səhifə > Ana xəbər / Güney Press > 23 milyonluq abadlıq işləri borclu şirkətə TAPŞIRILIR?

23 milyonluq abadlıq işləri borclu şirkətə TAPŞIRILIR?


Bu gün, 07:16

Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində fəaliyyət göstərən təsərrüfat hesablı "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC Nərimanov rayonunda yerləşən Təbriz küçəsinin A. Nemətulla küçəsi ilə kəsişməsindən Ə. Ağaoğlu küçəsi ilə kəsişməsinədək olan hissəsində abadlıq-yenidənqurma işlərinin satın alınması üzrə keçirdiyi tenderi yekunlaşdırıb.

32gun.az-ın məlumatına görə, satınalma müsabiqəsinin qalibi "QRAND DİZAYN KONSTRAKŞN" Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib.

Qalib şirkətlə rekord məbləğdə — 22.966.964,15 AZN dəyərində satınalma müqaviləsinin bağlanması gözlənilir.

32gun.az-ın əldə etdiyi digər özəl məlumata görə, 23 milyona yaxın dövlət sifarişini icra edəcək "QRAND DİZAYN KONSTRAKŞN" MMC-nin hazırda dövlət büdcəsinə 55.775,10 AZN vergi borcu var.

Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 78, mənzil 17 ünvanında hüquqi qeydiyyatda olan və cəmi 100 AZN nizamnamə kapitalı ilə təsis edilən MMC-nin qanuni təmsilçisi Səbuhi Vaqif oğlu Nurullayevdir.



Geri qayıt