Əsas Səhifə > Ana xəbər / Güney Press > Azərbaycanda bu banklar “qara siyahı”ya düşə bilər
Azərbaycanda bu banklar “qara siyahı”ya düşə bilərBu gün, 07:09 |
|
Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı 21-ci sanksiyalar paketi çərçivəsində Azərbaycanın “Yelo Bank”ını sanksiyalar siyahısından çıxarıb. Brüssel bu qərarı bankın Rusiya maliyyə sistemlərindən ayrılması və sanksiyalardan yayınmanın qarşısını almaq üçün etibarlı tədbirlər görməsi ilə əsaslandırıb. Bununla yanaşı, Aİ-nin Rusiyaya qarşı maliyyə sanksiyalarını daha da sərtləşdirməsi yeni suallar doğurub. Rusiya ilə işləməyə davam edən digər banklar üçün də gələcəkdə oxşar risklər yarana bilərmi? Azərbaycanda Rusiya ilə işləyən banklar var? Globalinfo.az-a danışan İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri Eyyub Kərimli deyib ki, ölkəmizdə Rusiya ilə işləyən banklar mövcuddur: “Bu əməkdaşlıq əsasən qanuni ticarət, pul köçürmələri və beynəlxalq hesablaşmaları əhatə edir. Bu, özlüyündə sanksiya riski yaratmır. Risk yalnız bank beynəlxalq sanksiyalardan yayınmağa vasitəçilik etdikdə və ya sanksiya tətbiq olunan qurumlarla qadağan edilmiş əməliyyatlar apardıqda yaranır. Hesab edirəm ki, Azərbaycan bank sektoru son illərdə bu istiqamətdə uyğunluq sistemlərini əhəmiyyətli dərəcədə gücləndirib. Bununla belə, Aİ və ABŞ-ın sanksiyalarının getdikcə sərtləşdiyi şəraitdə banklar daxili nəzarət və risklərin idarə edilməsi mexanizmlərini mütəmadi olaraq yeniləməlidirlər”. İqtisadçı bildirib ki, banklar beynəlxalq sanksiya qaydalarına ciddi əməl etməlidirlər: “Rusiya ilə işləyən digər Azərbaycan bankları da riskli əməliyyatlar apararsa, gələcəkdə oxşar problemlərlə üzləşə bilərlər. Amma bu, bütün bankların mütləq sanksiyaya məruz qalacağı anlamına gəlmir. Hər bankın fəaliyyəti ayrıca qiymətləndirilir. Sanksiya qaydalarına əməl edən və şəffaf işləyən banklar üçün təhlükə daha azdır. Buna görə də banklar Rusiya ilə əməliyyatlarda daha ehtiyatlı davranmağa çalışacaqlar”. Geri qayıt |