Əsas Səhifə > Ana xəbər / Güney Press > Sərhədin hər iki tayında olan biziksə...
Sərhədin hər iki tayında olan biziksə...Bu gün, 06:06 |
|
"Bu ilin ilk 6 ayında Gürcüstan xarici ölkələrə 11,7 milyon ABŞ dolları dəyərində diri qoyun satıb ki, bu da bir il əvvəlki göstəricidən 3 dəfə çoxdur. Bu il keçən ilin eyni dövrünə nisbətən Gürcüstan Azərbaycana 2,5 dəfə çox diri qoyun ixrac edib..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında ReAL Partiyasının sədri Natiq Cəfərli qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Aramızda bağlı qalan sərhəd var, qapalı sərhədin o tərəfində soydaşlarımız son illər qoyun sayını 1,5 dəfə, ixracı 3 dəfə artırıb.
Mənasızcasına qıfıl vurulan sərhədin biz tərəfində yaşayan soydaşlarımız isə mal-qara saxlamaq istəmir, son 5 ildə ölkədə qoyun-keçi sayı 1 milyon 301 min baş azalıb.
Yaxşı, eyni qoyun, eyni insan, arada bağlı sərhəd - niyə orda soydaşımız uğur və pul qazanır, bizdə isə ancaq şikayət edir, işləyə bilmir?!"
Geri qayıt |