Əsas Səhifə > Ana xəbər / Güney Press > Sayımız nə qədər olsa yaxşıdır?

Sayımız nə qədər olsa yaxşıdır?


Bu gün, 05:36

Bi ilin ilk 5 ayında Azərbaycanda doğulan körpələrin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 26% azalıb. Bu o deməkdir ki, 10205 uşaq az doğulub. Hər 1000 nəfərə düşən doğum əmsalı 9.2-dən 8.5-ə enib.
26% ciddi rəqəm olsa da, məncə, narahatlığa əsas yoxdur. Əksinə, bir qədər düşünmək və müzakirələr aparmaq üçün fürsət yaranır. Yeni reallıqların fonunda "Azərbaycan üçün optimal əhali nə qədər olmalıdır" sualına cavab axtarmalıyıq. Bu sferada ciddi paradiqma dəyişikliiyi baş verir. Əvvəllər əhali dövlət üçün vacib resurs sayılırdı. Çünki əhali - həm də işçi qüvvəsi, intellektual potensial və hərbi güc demək idi. İndi belə deyil. Əsgəri insansız sistemlər, dronlar, fəhlə və kəndlini robotlar, beyini süni inttellekt əvəzləməyə başlayıb. Əlavə dəyəri getdikcə maşınlar daha çox yaradacaq. Bütün dünyada əhali dövlət üçün əvvəlki əhəmiyyətini itirir və resurs olmaqdan çıxaraq, sadəcə, yeyən ağıza çevrilir. Bu fonda hər bir dövlət "bizə nə qədər əhali lazımdır" sualını yenidən ortaya qoymalıdır. Ona qədər isə, görünür, insanlar özləri gələcəyin qeyri-müəyyənliyini başa düşüblər və nəsil artırmağa daha planlı yanaşırlar.
Əhalinin azalmasını uşaqpulu ilə bağlayanlar olacaq. Bu amil əgər varsa da, ilk beşliyə daxil deyil. Maddi imkansızlıq heç vaxt insanların dünyaya çox uşaq gətirməlırinə mane olmayıb. İnsanların həyat tərzinin dəyişməsi, ailə təsisatının zəifləməsi, ailə qurmaq yaşının artması daha təsirli rol oynayır.

Vüsal Məmmədov - "DİA-AZ"


Geri qayıt