Əsas Səhifə > Ana xəbər / Güney Press > Mədəniyyət Nazirliyi AYB-ni məhkəməyə verdi: Abidə korlanıb
Mədəniyyət Nazirliyi AYB-ni məhkəməyə verdi: Abidə korlanıbBu gün, 16:22 |
|
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Azərbaycan Yazıçılar Birliyi barədə protokol tərtib edib. Xitab24.az-ın əldə etdiyi məlumata görə, buna tarixi abidələrinin qorunması haqqında olan qanunun tələblərinə uyğun olmayaraq, abidə üzərində işlər aparılması səbəb olub. Protokolda qeyd olunub ki, dövlət tərəfindən mühafizə olunan AYB-nin binasında təmir işləri Mədəniyyət Nazirliyindən və müvafiq qurumlarla razılaşdırılmadan aparılıb. Abidənin korlanması ilə təqribi 6000 manat ziyanın dəydiyi bildirilir. Məlum olub ki, nazirliyin qurumu dəymiş ziyanın müəyyən edilməsi ilə bağlı Azarbarpa Elmi-Tədqiqat Layihə İnstitutuna müraciət edib. Lakin onları tədqiqat aparılması üçün AYB-yə daxil olmasına icazə verilməyib. Buna görə də dəymiş ziyanın təqribi hesablandığı qeyd olunub. Məhkəmə inzibati xəta haqqında protokolu və toplanmış materialı natamam hesab edərək geri göndərib. Geri qayıt |