Əsas Səhifə > Ana xəbər / Güney Press > "Gold Alko"nun milyonluq borc böhranı: 1,6 milyonluq vergi yükü yarandı

"Gold Alko"nun milyonluq borc böhranı: 1,6 milyonluq vergi yükü yarandı


Bu gün, 07:49

"GOLD ALKO" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə olan vergi borcunun kəskin artdığı ortaya çıxıb.

32gun.az-ın əldə etdiyi məlumata görə, 2.319.665,28 AZN nizamnamə kapitalına malik şirkətin hazırda 1.616.466,34 AZN məbləğində vergi borcu mövcuddur.

Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Massiv 5, ev 3 ünvanında hüquqi qeydiyyatda olan MMC-nin qanuni təmsilçisi Mirdaməd Ağaisa oğlu Mahmudovdur. Xatırladaq ki, ötən il şirkətə Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydalara əsasən, pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması, eləcə də malların qaimə-faktura və ya elektron vergi hesab-faktura əsasında alınması ilə bağlı akt tərtib olunub və nəticədə 539,34 AZN maliyyə sanksiyası tətbiq edilib.

Geri qayıt