Əsas Səhifə > Ana xəbər / Güney Press > Səki var, amma keçmək mümkün deyil

Səki var, amma keçmək mümkün deyil


Bu gün, 11:10

Paytaxtın Əhməd bəy Ağaoğlu ünvanında piyadaların hərəkəti üçün nəzərdə tutulan səki aylardır yararsız vəziyyətdədir. Dağılan örtük, sökülmüş hissələr və keçilməz vəziyyətə düşən yol sakinlərin hərəkətini çətinləşdirir.

Dağıntılı vəziyyətdə olan səki xüsusilə yaşlı insanlar, uşaqlar və hərəkət məhdudiyyəti olan şəxslər üçün əlavə çətinlik yaradır.

Səkidə yaranan problemlər səbəbindən piyadalar bəzən məcbur qalaraq avtomobil yoluna çıxırlar. Bu isə həm onların həyatı, həm də nəqliyyatın təhlükəsiz hərəkəti üçün ciddi risk yaradır.


Məsələ ilə bağlı Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfat Birliyindən bildirilib ki, sözügedən ərazidə aparılan təmir zamanı səki zədələnib və yaxın vaxtlarda onun təmir-bərpası həyata keçiriləcək.

Daha ətraflı Bizim.Media-nın hazırladığı videoreportajda:


Geri qayıt