Əsas Səhifə > Ana xəbər / Güney Press > “Prime Cotton” mühüm təyinat olub
“Prime Cotton” mühüm təyinat olubBu gün, 10:31 |
|
Azərbaycanda ən iri pambıq istehsalçısı olan “Prime Cotton” MMC-yə (əvvəlki “MKT İstehsalat Kommersiya” MMC) şirkətinə yeni təyinat olub. Banker.az xəbər verir ki, Fuad Əliyev şirkətin Baş əməliyyatlar inzibatçısı (COO) təyin edilib. Buna qədər vəzifə vakant idi. Belə ki, “Prime Cotton” MMC-nin İdarə Heyətinin üzvü, Baş əməliyyat direktoru vəzifəsini tərk edib Rövşən Çobanzadə vəzifəsindən ayrılmışdı. Fuad Əliyev bu təyinata qədər 2022-ci ilin yanvar ayından “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC-də baş icraçı direktorun müavini, ondan əvvəl isə “Bakı Aroparkı” MMC-də baş icraçı direktorun müavini vəzifəsində çalışıb. O, daha əvvəl “Grand-Agro” MMC, “GP Alpha Greenhouse” və “Hajigabul GreenHouse” şirkətlərində maliyyə direktoru (CFO), “GILAN Agricultural Group”da maliyyə direktorunun müavini, “Gilan Holding”də maliyyə hesabatlılığı şöbəsinin rəhbəri və maliyyə hesabatlılığı və büdcələşdirmə üzrə mütəxəssisi, həmçinin Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi və Xalqbankda müxtəlif maliyyə və analitik vəzifələrdə fəaliyyət göstərib. Geri qayıt |