Əsas Səhifə > Ana xəbər / Güney Press > Qadınlar kimə gözəl görünmək istəyir?
Qadınlar kimə gözəl görünmək istəyir?Dünən, 07:11 |
|
"Qadınlar kişilər üçün bəzənir, yoxsa qadınlar üçün?" Bu sual uzun illərdir müzakirə olunur.
Qadın ilk növbədə güzgüyə baxır. Güzgü isə nə kişidir, nə də qadın. O, insanın özünə verdiyi qiymətin səssiz şahididir. Baxımlı olmaq, zövqlə geyinmək, saçına və görünüşünə diqqət etmək çox vaxt insanın özünə hörmətinin ifadəsidir. Özünü yaxşı hiss edən insan ətrafına da daha inamlı görünür.
Bununla yanaşı, sosial həyatın da təsiri var. Kişilər çox vaxt qadının ümumi cazibəsini görürlər, amma qadınlar bir-birinin geyimindəki xırda detalları, makiyajını, saçını, ayaqqabısını və zövqünü daha diqqətlə izləyirlər. Bu səbəbdən qadınlar bəzən öz həmcinslərinin qiymətləndirməsinə daha həssas yanaşırlar. Çünki rəqabət də, təqdir də ən çox eyni cins arasında yaşanır. Kişinin tərifi bəzən simpatiya və ya hisslərlə əlaqəli olur. Qadının komplimenti isə çox vaxt müşahidənin, zövqün və səmimiyyətin nəticəsi kimi qəbul edilir. Bəlkə də gözəlliyin ən gözəl tərəfi elə budur: rəqabətin yerini səmimi kompliment alanda qadınlar bir-birinin özgüvənini artırır, bir-birini kiçiltmir, yüksəldirlər. Çünki səmimi deyilən bir gözəl söz bəzən ən bahalı hədiyyədən daha qiymətli olur.
Müəllif: Günel Musa - Mənbə: "DİA-AZ"
Geri qayıt |