Əsas Səhifə > Ana xəbər / Güney Press > 115 nömrəli məktəb Moskva univermağının yeni "filialı" elan edildi!!!
115 nömrəli məktəb Moskva univermağının yeni "filialı" elan edildi!!!Bu gün, 12:29 |
|
Azər Məmmədov adına 115 nömrəli məktəb təhsil sisteminə yeni “nəfəs” gətirib. Belə ki, məktəbin direktoru Natəvan Əsədova həm də hamımızın tanıdığı Memar Əcəmidə yerləşən Moskva Ticarət Mərkəzinin müdiridir. Belə ki, Binəqədi rayonu 115 nömrəli məktəbdə dərsdən başqa hər şey həyata keçirilir. Ən əsası da qızıl alveri. Qızıl alveri məktəbin əsas peşəsidir. Məktəbdə qızıl alverinin əsas təşkilatçısı və satıcısının Təranə Hüseynova olduğu qeyd edilir. Qızıl alverinin əsas müştəriləri isə elə məktəbin öz müəllim heyətidir. “Xəbərsiz” bildirir ki, bu müştərilərdən biri də məktəbin informatika müəllimi Sevinc xanımdır. İddialara görə, Sevinc xanım Təranə Hüseynovadan təxminən 50 000 manat dəyərində qızıl-zinət əşyaları əldə etsə də, onun pulunu geri qaytarmayıb. Borcun ödənilməməsi hazırda iki müəllim arasında ciddi və gərgin bir münaqişəyə səbəb olub. Tehsilmedia.info Geri qayıt |