Əsas Səhifə > Ana xəbər / Güney Press > SKSP-nın rezidentinə yeni direktor gəlib
SKSP-nın rezidentinə yeni direktor gəlibBu gün, 15:07 |
|
Sumqayıt Kimya Sənaye Parkının rezidentlərindən biri olan “4Maps Bilgi Teknolojiləri” MMC-də rəhbər dəyişikliyi baş verib. Banker.az xəbər verir ki, Taleh Əliyevi Anar Hümbətov əvəz edib. Xatırladaq ki, “4Maps Bilgi Teknolojiləri” MMC 2019-cu ildə vergi uçotuna alınıb. Şirkət informasiya texnologiyaları sahəsində fəaliyyət göstərir və rəqəmsal xəritə həlləri, geoinformasiya sistemləri (GIS), məkan məlumatlarının emalı, proqram təminatının hazırlanması və digər İT xidmətlərinin göstərilməsi istiqamətində ixtisaslaşıb. Hazırda şirkətin nizamnamə kapitalı 50 min manat təşkil edir. Geri qayıt |