Əsas Səhifə > Ana xəbər / Güney Press > “TuranBank”da yeni təyinat

“TuranBank”da yeni təyinat


Bu gün, 14:54

“TuranBank” ASC-də yeni kadr dəyişikliyi baş verib.

Banker.az xəbər verir ki, Nicat Xəlilov “TuranBank”ın Xəzinədarlıq departamentinin direktoru təyin edilib.

O, bundan əvvəl “TuranBank”ın Xəzinədarlıq departamentinin direktor müavini kimi çalışıb.

2003-cü ildən bank sahəsində fəaliyyətə başlayıb.

1992-ci ildən etibarən fəaliyyət göstərən TuranBank 22 satış nöqtəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir.

Hazırda bankın 28 səhmdarı vardır ki, onlardan 20-ini fiziki şəxslər, digər 8-ni isə hüquqi şəxslər təşkil edir. Bankın nizamnamə kapitalı 100,006,014 AZN təşkil edir. Səhmdarların hamısı minoritar paya malikdir (10%-dən az).


Geri qayıt