Əsas Səhifə > Ana xəbər / Güney Press > Qida təhlükəsizliyimiz BU ADAMA ƏMANƏTDİR...

Qida təhlükəsizliyimiz BU ADAMA ƏMANƏTDİR...


Bu gün, 07:15

AQTA obyektivdirmi?
AQTA Gəncə və Samuxda zəhərlənmələrin lavaşdan (yuxa çörəyi) olduğunu açıqlayıb. Sitat: "İlkin epidemioloji araşdırmalar zamanı hər üç yas mərasimində istehlak edilən qida məhsulları təhlil olunmuş və ortaq risk faktoru kimi lavaş məhsulu müəyyən edilib.
Araşdırmalar nəticəsində məlum olub ki, mərasimlərdə istifadə edilən lavaş məhsullarının qeyri-qanuni şəkildə ev şəraitində hazırlanaraq satışı həyata keçirilir. Lavaş məhsulundan nümunələr götürülüb. Laborator müayinələrin nəticələri, eyni zamanda məhsulun istehsal şəraiti və hazırlanması prosesi üzrə araşdırmaların yekununa dair əlavə məlumat veriləcək".
Bu açıqlamada mənim diqqətimi bir məqam çəkdi: Dövlət qurumu bildirir ki, məhsulun İSTEHSAL şəraiti və HAZIRLANMASI prosesi üzrə araşdırmaların yekununa dair əlavə məlumat veriləcək. Çox maraqlıdır, məhsulun süfrəyə gələnə qədər keyfiyyəti yalnız istehsal şəraiti və hazırlanma prosesindəmi qorunur? Bəs SAXLANMA şəraiti? Lavaş elə bir məhsuldur ki, sulandıqdan sonra açıq havada çox saxlanması mümkün deyil. Açıqda qalsa quruyacaq, bükülsə küflənəcək qısa müddətdə. Quru formada isə aylarla saxlanması mümkündür.
Görünür, AQTA sədri Qoşaq Təhməzlinin lavaşla bağlı məlumatlılıq səviyyəsi elə mal bazarları qədərdir. Ekspertlərdən biri yaxşı sual etmişdi: Qoşqar müəllim, siz ömrünüzdə heç mal bazarında olmusunuzmu? İndi də mən sual edirəm: Qoşqar müəllim, siz heç ömrünüzdə lavaş bişirilməsi, saxlanması prosesini müşahirə etmisinizmi? Bilirsinizmi ki, lavaşın istehsalı prosesində zəhərlənməyə səbəb ola biləcək heç nə mümkün deyil, əsas onun saxlanması prosesidir? Gedib divarları nəmişlikdən kif atmış otaqlarda oxlovu-yayqını çəkib yaymaqla evdə bişən lavaşların guya zəhərləyici olduğu görüntüsünü yaratmaq, insanları ev şəraitində hazırlanan lavaşları yeməməyə çağırmaq sizin obyektivliyinizdən yox, məqsədliliyinizdən xəbər verir!
Müəllif: Həbibə Abdulla - Mənbə: "DİA-AZ"

Geri qayıt