Əsas Səhifə > Ana xəbər / Güney Press > Bölmək... bölünmək o qədər asandır ki...

Bölmək... bölünmək o qədər asandır ki...


Bu gün, 06:47

Cəmiyyətdə xaos yaratmaq istəyən qüvvələr adətən təsadüfi mövzular seçmirlər. Onlar ən həssas nöqtələri hədəfə alırlar.
Bu cəhdlər əsasən iki istiqamətdə özünü göstərir.
Birinci istiqamət dini müstəvidir. Cəmiyyətdə nüfuzu olan, mötədil mövqeyi ilə tanınan din xadimləri hədəfə çevrilir, təhqir olunur və ya onların ətrafında süni qalmaqallar yaradılır. İlk baxışdan bunu edənlər özlərini "tənqidçi", "ziyalı" və ya "elm adamı" kimi təqdim edirlər. Ardınca isə prosesə radikal dini qrupların qoşulmasına zəmin yaranır və qarşıdurma dərinləşdirilməyə çalışılır. Mərhum Hacı Şahin Həsənli ətrafında yaradılan süni ajiotaj bu baxımdan düşündürücü nümunələrdən biri idi.
İkinci istiqamət isə etnik məsələdir. Müxtəlif etnik kimliklər üzərindən qarşıdurma yaratmaq, cəmiyyətdə parçalanma ovqatı formalaşdırmaq və ölkəni xaos ssenarisi ilə hədələmək cəhdləri də zaman-zaman müşahidə olunur.
Azərbaycanın gücü onun dini və etnik müxtəlifliyini qarşıdurma mənbəyinə deyil, birgəyaşayış mədəniyyətinə çevirməsindədir. Məhz buna görə belə təxribatların mahiyyətini vaxtında görmək və emosiyalarla deyil, sağlam düşüncə ilə qiymətləndirmək həm cəmiyyətin, həm də dövlətin maraqlarına xidmət edir...
P.S. Şeyx Allahşükür Paşazadə və Hacı Şahinlə bağlı statuslarımı müxtəlif səhifələr paylaşır. Həm təkfir edib, kafir deyirlər, həm də cahil. Ssenari müəllifləri bəllidir. Azərbaycandan başqa yükümüz yoxdur!..


Müəllif: Azər Rəşidoğlu - Mənbə: "DİA-AZ"


Geri qayıt