Əsas Səhifə > Ana xəbər / Güney Press > Elxan Səmədov PFL-in prezidenti vəzifəsində qalacaq

Elxan Səmədov PFL-in prezidenti vəzifəsində qalacaq


Bu gün, 06:30

Uzun müddətdir sual altında qalan Peşəkar Futbol Liqasının müqəddəratına aydınlıq gəlib.

Xitab24.az-ın əldə etdiyi eksklüziv məlumata görə, PFL yeni mövsümdə də çempionatının təşkilatçısı kimi fəaliyyətini davam etdirəcək.

Peşəkar Futbol Liqasının yeni prezidenti ilə bağlı seçkilərə gəldikdə isə, bu, iyulun 24-də baş tutacaq.

Əldə etdiyimiz məlumata görə, PFL-ın hazırkı prezidenti Elxan Səmədov seçkidə yeganə namizəd kimi iştirak edəcək. Bu isə növbəti dövr üçün Elxan Səmədovun yenidən prezident seçiləcəyi deməkdir.

Qeyd edək ki, Elxan Səmədov bu posta 2022-ci ilin iyulunda seçilib.


Geri qayıt