Əsas Səhifə > Ana xəbər / Güney Press > Rezonans doğuran iş bağlandı: Əsgəranın "icra başçısı" təmiz çıxdı
Rezonans doğuran iş bağlandı: Əsgəranın "icra başçısı" təmiz çıxdıBu gün, 05:52 |
|
Qondarma Qarabağ rejimində keçmiş "Əsgəranın icra başçısı" Hayk Şamiryan barəsində uzun müddətdir davam edən cinayət işi tam bəraətlə başa çatıb. Musavat.com xəbər verir ki, bu barədə Şamiryanın vəkili Vahe Yeprikyan sosial şəbəkə hesabında məlumat yayıb. Vəkilin sözlərinə görə, məhkəmə siyasi motivli təqibə son qoyaraq müdafiə tərəfinin qələbəsini və ədalətli hökmü təsdiqləyib. Xatırladaq ki, 2024-cü ildə Hayk Şamiryan barəsində xüsusilə külli miqdarda dələduzluq və sənədlərin saxtalaşdırılması ittihamları üzrə cinayət təqibinə xitam verilmişdi. O, "Tavuş Vətən naminə" etiraz hərəkatının aksiyalarında iştirak etdikdən sonra saxlanılmışdı. Geri qayıt |