Əsas Səhifə > Ana xəbər / Güney Press > Odessada azərbaycanlıların olduğu gəmi vuruldu, kapitan axtarılır
Odessada azərbaycanlıların olduğu gəmi vuruldu, kapitan axtarılırBu gün, 00:07 |
|
Ukraynanın Odessa sahilləri yaxınlığında iyulun 14-də yerli vaxtla saat 15:15 radələrində Türkiyənin "Okean Maritime" şirkətinə məxsus "Atlas Bəy" adlı mülki ticarət gəmisi dron hücumuna məruz qalıb. "DİA-AZ" xəbər verir ki, bu barədə Azərbacan Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. "Gəmidə ekipaj üzvlərindən 11-i Azərbaycan Respublikasının vətəndaşıdır. Məlumata görə, Azərbaycan vətəndaşı olan gəmi kapitanı istisna olmaqla, ekipajın digər üzvləri Odessa şəhərində sahilə çıxarılıb. Onların vəziyyəti qənaətbəxş qiymətləndirilir", - məlumatda qeyd olunub. Gəmi kapitanının axtarışı istiqamətində tədbirlər görülür. Azərbaycanın Ukraynadakı səfirliyi aidiyyəti qurumlarla daimi əlaqə saxlayır, Azərbaycan vətəndaşlarına zəruri konsulluq dəstəyinin göstərilməsi istiqamətində müvafiq tədbirlər görür. Geri qayıt |