Əsas Səhifə > Ana xəbər / Güney Press > Agentlik sədri 6 ay əvvəl filial müdiri təyin etdiyi şəxsi işdən çıxardı

Agentlik sədri 6 ay əvvəl filial müdiri təyin etdiyi şəxsi işdən çıxardı


Bu gün, 17:00

Dövlət Məşğulluq Agentliyinin Abşeron-Xızı Regional Məşğulluq filialının müdiri vəzifəsindən azad olunub.

"Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı DMA-nın İdarə Heyətinin sədri Hasil Abbasov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Rafael Zakir oğlu Məmmədov filial müdiri vəzifəsindən azad edilib.

Qeyd edək ki, R.Məmmədov bu ilin yanvar ayında vəzifəyə təyin olunmuşdu.


Geri qayıt