|
Dünən gecə taksidə "Media Masası"sının yeni buraxılışını izləyirdim. "YouTube"da təbii ki. Və maraqlı bir hadisə baş verdi. Sürücü qardaş qayıtdı ki, bəs nəyə baxırsan? Qoş, böyük ekranda baxaq. Dediyi kimi elədim. Verilişin düz on dəqiqəsini maşının ekranından izlədim. İş o yerə çatdı ki, sürücü pəncərələri bağlayıb kondisioneri yandırdı. Sonra onun da dərəcəsini azaldıb videonun səsini yüksəltdi ki, daha diqqətlə izləsin. Ünvana çatanda üzrxahlıq elədim. Ki, bəlkə mahnı dinləyəcəkdin, qoymadım. Dedi, qətiyyən. Özümə də çox maraqlı oldu. Bilgiləndim. Nə qəşəng layihədir... Sözsüz, bu hadisəni fövqəladə məziyyət kimi təqdim etmək istəmirəm. Ancaq kim deyirsə, sosial şəbəkələr TV-lərlə savaşda udur, əmin olun, prosesin necə cərəyan etməsindən xəbəri yoxdur. Piştaxta dəyişə bilər. Amma tələb olunan məhsul eynidir! Monitorun kiçilməsi sizi aldatmasın!
Müəllif: Mir Çingiz Ağayev - "DİA-AZ"
Geri qayıt
|