Əsas Səhifə > Ana xəbər / Güney Press > “Nadir Quliyev adına Bakı-Taxıl”ın GƏLİRLƏRİ VƏ MƏNFƏƏTİ AZALIB

“Nadir Quliyev adına Bakı-Taxıl”ın GƏLİRLƏRİ VƏ MƏNFƏƏTİ AZALIB


Bu gün, 10:57

Azərbaycanın aparıcı taxıl müəssisələrindən olan “Nadir Quliyev adına Bakı-Taxıl” ASC-nin 2025-ci il üzrə vəziyyəti açıqlanıb.

"DİA-AZ" xəbər verir ki, 2025-c ildə şirkət kiçilib, gəlirləri və mənfəəti aşağı düşüb.

Beləliklə, 2025-ci ildə “Nadir Quliyev adına Bakı-Taxıl” ASC-nin satışdan 8 milyon 435 min manat gəlr əldə edib. Bu 2024-dən təxminən 1 milyon manat və ya 10% azdır.

Sataşın mayı dəyəri isə 8 milyon 140 min manat olub, nəticədə şirkət il ərzində 300 min manata yaxın əməliyyat mənfəəti əldə edhib. Ötən il şirkət inzibati xərclərini azaldaraq 122 min manata endirib (orta hesbala ayda 10 min manat) – bu xərclərdə 28 min manat və ya 20% azalma olmuşdu. İnzibati xərclərdən sonra şirkətin vergidən əvvəlki gəliri 174 min manat olub.

34 min manat mənfəət vergisi ödənişindən sonra “Nadir Quliyev adına Bakı-Taxıl” ASC 2025-ci ili 139 min manat xalis mənfəətlə tamamlayıb. Bu 2024-cü illə müqayisədə 43 min manat və ya 24% azdır.

2025-ci ildə “Nadir Quliyev adına Bakı-Taxıl” ASC kiçilib, aktivləri 1 milyon manatadək azalaraq 15 milyon 957 min manata düşüb. Azalma əsasən qısamüddətli aktivlərdə, daha dəqiqi pul ehtiyatlarnında baş verib – 2024-cü ilin sonunda “Nadir Quliyev adına Bakı-Taxıl” ASC-nin hesablarında 11 milyon manata yaxın pul vardısa, 2025in sonunda bu rəqəm 9,5 milyon manata enib.

Şirkətin uzunmüddətli aktivləri, yəni əmlak və avadanlaqlarının qiyməti isə cəmi 4,3 milyon manatdır, burada dəyişmə yoxdur.

“Nadir Quliyev adına Bakı-Taxıl” ASC-nin öhdəliklərinin borclarının ümumi məbləği 7,6 milyon manatdır, 2024-cü ilə nisbətən bu rəqəm bir qədər aşağı düşüb (7,9 milyon manata idi). Şirkətin cəmi kapitalı isə 600 min manata azalaraq 8,2 milyon manata düşüb.



Geri qayıt