Əsas Səhifə > Ana xəbər / Güney Press > Kəsilməyə gedən heyvan qədər də hörmətimiz yoxdur?
Kəsilməyə gedən heyvan qədər də hörmətimiz yoxdur?Bu gün, 07:21 |
|
Mən salim olum , cümlə cahan batsa da batsın , nə işim var
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) rəsmi məlumatına görə, bundan sonra ölkəyə idxal olunan heyvanlar yalnız ixtisaslaşdırılmış nəqliyyat vasitələri ilə daşınmalıdır. İstifadə olunan avtomobillər mütləq şəkildə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının "Quruda yaşayan heyvanların sağlamlıq məcəlləsi"nin sərt tələblərinə cavab verməlidir.
NİYƏ ??
Azərbaycana kəsim üçün gətirilən heyvanlar əsasən Gürcüstan və Rusiyadan idxal olunur. Yaxın məsafədən gətirilən bu heyvanlar üçün xüsusi ixtisaslaşdırılmış nəqliyyat vasitələrinə elə bir ehtiyac yoxdur. Avropadan gətirilən damazlıq heyvanlar isə onsuz da xüsusi maşınlarla daşınır.
Xüsusi ixtisaslaşdırılmış nəqliyyat vasitələrinin sayı məhduddur və onlarla daşıma adidən ən azı iki dəfə bahadır. Deməli, qəbul olunan bu qərarın bazarda bahalaşmaya səbəb olacağı qaçılmazdır.
Rəqəmlər nə deyir?
Ölkəyə illik 80-100 min arası diri iribuynuzlu, 120-150 min arası xırdabuynuzlu heyvan idxal edilir.
Son illər ölkədə 1 milyon 410 min baş qoyun və keçi, 230 min başa yaxın iribuynuzlu heyvanların azalması qeydə alınıb.
Bütün bunlara baxmayaraq, bizim bu "qalstuklu müəllimlər" idxaldan asılılığı və kənd təsərrüfatındakı geriləmələri aradan qaldırmaq əvəzinə, yenə də cərimə, cəza, sahibkarlığın yolunu kəsən və süni bahalaşmaya səbəb olan qərarlardan əl çəkmirlər.
AQTA bu qərarla bağlı açıqlamasında bildirir ki:
"Əsas məqsəd heyvan rifahı üzrə beynəlxalq standartların tətbiqinin təmin olunmasıdır."
Bu qərarın kəsimə gedən heyvanların rifahına nə dərəcədə təsir edəcəyini bilmirəm, amma AQTA rəhbərliyinin "rifah vəziyyətinə" müsbət təsir edəcəyi şübhəsizdir...
Müəllif: Şahin Nəcəfov - Mənbə: "DİA-AZ"
Geri qayıt |