Əsas Səhifə > Ana xəbər / Güney Press > Ceyhun Cəlilov deyir ki, İŞIQLARI SÖNDÜRÜN...

Ceyhun Cəlilov deyir ki, İŞIQLARI SÖNDÜRÜN...


Bu gün, 12:36

Bir neçə gün əvvəl Prezidentin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi postunu tutan Ceyhun Cəlilovla bağlı ilginc bir xəbər yayıldı. Xatırladaq ki, xəbərin qaynağı Naxçıvandan olan jurnalist Sara Əzimova idi, Jurnalist özünün sosial şəbəkə hesabında bildirmişdi ki, bəs Naxçıvanda birbaşa olaraq səlahiyyətli nümayəndənin göstərişi ilə nazirlər başda olmaqla, MR Nazirlər Kabinetinin bütün işçiləri gecə saat 12-yə qədər iş yerlərində olmalıdırlar və otaqlarının işıqları yanılı tutulmalıdır.

"DİA-AZ" bildirir ki, sözügedən xəbər sosial şəbəkələrdə geniş şəkildə müzakirə olundu və MR rəhbərliyinin bu absurd xəbəri ironiya ilə qarşılandı. Hətta "iş görmürsünüzsə, barı dövlətin işığına qənaət edin" deyə reaksiya verənlər də oldu...

Əldə etdiyimiz son məlumatlardan aydın olur ki, möhtərəm Cəlilovun YANILI İŞIQ rejimi artıq qüvvədən düşüb. Elə səlahiyyətli nümayəndənin özü bu barədə göstəriş verib. 

Göstərişi köməkçisi Sədrəddin Həsənov vasitəsilə çatdıran Ceyhun Cəlilovun yeni uyğulamasına görə, nazirlər daha gecə saatlarına qədər yox, saat 19.00-a qədər iş yerlərində ola bilərlər və bundan sonra hətta işıqlarını söndürə də bilərlər...

İndi bu xəbəri eşidən Naxçıvan camaatı rtəhbərliyin APARDIĞI İSLAHATDAN yəqin ki, məmnun qalacaq. Hər halda, ara yerdə dövlətin ELEKTRİK ENERJİSİ boşuna sərf olunmayacaq. Zatən gördükləri bir iş yoxdur...

P.S. Yeri gəlmişkən, bu işdə bir ayırca təşəkkür də xəbəri ilk olaraq ictimailəşdirən Sara Əzimovaya düşür. Məhz onun sayəsində naxçıvanlı nazirlərin canı yersiz işıq yandırmaqdan qurtuldu, dövlət isə işığa qənət etmiş oldu...


Geri qayıt