Əsas Səhifə > Ana xəbər / Güney Press > Fermerlərə problem yaşadan başçı...

Fermerlərə problem yaşadan başçı...


Bu gün, 05:37

Qobustan Rayon İcra Hakimiyyətinin 1 saylı Yaşıllaşdırma İdarəsi nəqliyyat vasitələrinin cari təmiri işlərinin satın alınması ilə bağlı tenderə yekun vurub.

32gun.az xəbər verir ki, Satınalma müsabiqəsinin qalibi olaraq "RƏZ" Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib. İdarənin balansında olan nəqliyyat vasitələrinin texniki sazlığının təmin edilməsi məqsədilə qalib şirkətlə 12 min 547 manat 29 qəpik dəyərində satınalma müqaviləsi imzalanıb.

Qalib şirkətin nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi İlkin Muradov Əlösət Oğlu, hüquqi ünvanı MASALLI RAYONU, MİYANKÜ deyə qeyd edilib.

Xatırladaq ki, Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məcnun oğlu Məmmədovdur.

Mətbuatda gedən məlumatlarda, rayon fermerləri  icra başçısının Qobustandakı bələdiyyə və dövlətə məxsus örüş-otlaq sahələrini qanunsuz şəkildə şumladıb öz fermer təsərrüfatı üçün əkdirdiyini iddia etmişlər.


Geri qayıt