Əsas Səhifə > Ana xəbər / Güney Press > “Rabitəbank”ın Marketinq departamentinə yeni rəhbər təyin olunub
“Rabitəbank”ın Marketinq departamentinə yeni rəhbər təyin olunubBu gün, 16:25 |
|
Bankın İdarə Heyətinin qərarı ilə Şəmi Əliyev Rabitəbankın Marketinq departamentinin rəhbəri vəzifəsinə təyin olunub. "DİA-AZ" xəbər verir ki, Şəmi Əliyev bank və maliyyə sektorunda 16 ilə yaxın peşəkar təcrübəyə malikdir. O, ali təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində başa vurduqdan sonra ABŞ-ın Texas A&M University-də Biznesin İdarəedilməsi (MBA) üzrə magistr təhsili alıb. Peşəkar fəaliyyətinə ABŞ-da başlayaraq JPMorgan Chase və IBC Bank-da çalışıb, daha sonra Azərbaycanda bank sektorunda müştəri təcrübəsi, xidmət keyfiyyəti, pərakəndə bankçılıq, satış şəbəkəsinin idarə edilməsi və biznesin inkişafı istiqamətlərində rəhbər vəzifələrdə fəaliyyət göstərib. O, 2021-ci ildən Rabitəbankın Xidmət keyfiyyətinə nəzarət departamentinə rəhbərlik edib. Geri qayıt |