Əsas Səhifə > Ana xəbər / Güney Press > “Azərbaycan Sənaye Sığorta”da yeni təyinat olub

“Azərbaycan Sənaye Sığorta”da yeni təyinat olub


Bu gün, 16:23

“Azərbaycan Sənaye Sığorta” ASC-də Baş mühasib vəzifəsinə təyinat olub.

Banker.az xəbər verir ki, bu vəzifə Allahverdiyeva Kəmalə Zaman qızına həvalə edilib.

Ona qədər bu vəzifədə Hümbətov Anar İman oğlu olub.

Qeyd edək ki, “Azərbaycan Sənaye Sığorta” ASC 17 dekabr 1996-cı il tarixində yaradılıb. 29 könüllü, 4 icbari olmaqla, cəmi 33 növ üzrə sığorta xidməti göstərən “Azərbaycan Sənaye Sığorta” ASC-nin səhmlərinin 95% “Anadolu Investment Company”MMC-yə, 5%-i isə Azərbaycan Sənaye Bankı” ASC-yə məxsusdur.


Geri qayıt