Əsas Səhifə > Ana xəbər / Güney Press > Ağstafa rayonunda dövlət tenderlərini kimlər udur?
Ağstafa rayonunda dövlət tenderlərini kimlər udur?Bu gün, 09:54 |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
Dövlət satınalmalarında əsas sifarişçilərdən biri də yerli icra hakimiyyətləri və yerli dövlət müəssisələridir. "DİA-AZ" bu dəfə Ağstafa rayonunda müxtəlif qurumlar tərəfindən keçirilən tenderləri və qalib olan şirkətləri araşdırıb. Ağstafa rayonunda yerli dövlət orqanları digər rayonlara nəzərən daha passiv iştirak edir. Belə ki, bu il ərzində rayonda işlərin görülməsi ilə əlaqədar yalnız bir tender keçirilib. Ağstafa Rayon Mərkəzi Xəstəxanasının ərazisində 60 çarpayılıq korpusun tikintisinin layihə-smeta sənədlərinin hazırlanması xidmətinin satın alınması ilə bağlı tenderin qalibi "AZ.Arxitektura" MMC (VÖEN: 6001265561) olub. Tərəflər arasında 129 min 800 manatlıq müqavilələr imzalanıb. "AZ.Arxitektura" MMC bu rayonda dövlət sifarişini yerinə yetirən əsas şirkətlərdəndir. MMC bundan əvvəl də - 2024-cü ildə Ağstafa RİH tərəfindən keçirilən 2 tenderin qalibi olub. Şirkətlə RİH arasında ümumi dəyəri 18 min 60 manat olan iki müqavilə imzalanıb. Ağstafa RİH-nin keçirdiyi ən iri həcmli tenderi isə "Harmony İndustrial Construction and Engineering Group" MMC (VÖEN: 1500429791) qazanıb. Ağstafa rayonunda yolların əsaslı təmiri işlərinin satın alınması ilə bağlı şirkətlə RİH arasında 401 min 819 manatlıq satınalma müqaviləsi bağlanılıb. Ümumilikdə 2024-2026-cı illərdə rayonda görülən işlərlə bağlı şirkətlə dövlət qurumları arasında ümumi dəyəri 1 milyon 744 min 469 manat olan 13 satınalma müqaviləsi bağlanılıb. Ağstafa rayonunda keçirilən tenderlərin qalibi haqqında daha detallı:
Geri qayıt |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||