Əsas Səhifə > Ana xəbər / Güney Press > “Qala Həyat”nın İdarə Heyətinə yeni təyinat olacaq

“Qala Həyat”nın İdarə Heyətinə yeni təyinat olacaq


Bu gün, 09:52

“Qala Həyat” Sığorta Şirkəti ASC-nin İdarə heyətinə yeni üzv seçilir.

Banker.az xəbər verir ki, səhmdarların Ümumi Yığıncağı bu barədə qərar qəbul edib.

Müvafiq vəzifəyə indiyə qədər Daxili audit xidmətinin rəhbəri olmuş İntiqam Seyfulla Mirzəhüseyn oğlu təyin ediləcək. Onun əvvəlki vəzifəsi – Daxili audit xidmətinin rəhbəri hələ ki vakantdır.

Bu təyinatdan sonra İdarə Heyətinin üzvlərinin sayı beşə çatmış olub.

Xatırladaq ki, “Qala Həyat” Sığorta Şirkəti ASC 2008-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 13,04 milyon manatdır. Onun səhmlərinin 50 %-i “AzRe Təkrarsığorta” ASC-yə, 10 %-i Kamal İbrahimova (Direktorlar Şurasının sədri), hər biri 7,2 % olmaqla İftixar Fərəov, Namiq Hətəmov, Cavid Mirhadıyev, Əbülfət Tağıyev və Mehman Yusifova, 4 %-i isə Vəliəhd Səfərova məxsusdur.


Geri qayıt