Əsas Səhifə > Ana xəbər / Güney Press > ADSEA külli miqdarda vergi borcu olan "EMBAWOOD"la müqavilə bağladı
ADSEA külli miqdarda vergi borcu olan "EMBAWOOD"la müqavilə bağladıBu gün, 06:48 |
|
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarət Xidməti bölgələrdəki bölmələri üçün bədii tərtibat mallarının satın alınması tenderinə yekun vurub. 32gun.az-ın məlumatına görə, dövlət xidməti Abşeron, Sabirabad və Biləsuvar rayonları üçün gizli LED işıqlandırmalı, qızılı gerb və xəritəli xüsusi dekorativ guşələrin hazırlanmasını ölkənin tanınmış mebel şirkətlərindən olan "EMBAWOOD" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edib. Tərəflər arasında müqavilə bağlanıb. Agentliyin laminat örtüklü DSP və akril materiallardan yığılacaq bu bədii tərtibat layihəsinə görə mebel nəhənginə büdcədən ümumilikdə 29.995,6 AZN vəsait ödəyib
Qeyd edk ki, O, 2020-ci ildən Milli Məclisdə təmsil olunur. Xatırladaq ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov, onun tabeliyindəki Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin rəisi isə Rafiq Aslanovdur. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov rəhbər vəzifəyə təyin olunduqdan sonra qudalarını ətrafına toplaması və onlara yüksək vəzifələr verməsi ilə media gündəminə gəlmişdi. İddialara görə, o, qudası Fuad Quliyevi qurumun Aparat rəhbəri, digər qudası Əsəd Şirinova isə özünə müşavir vəzifəsini həvalə etmişdir. Bu təyinatlar arasında xüsusilə "Coca-Cola" şirkəti ilə bağlı olan detal ictimaiyyətin diqqətini cəlb etmişdi. Sədrin müşaviri təyin edilən Əsəd Şirinov məhz bu dövlət postuna gətirilməzdən əvvəl uzun illər beynəlxalq "Coca-Cola" şirkətində Azərbaycan, Qazaxıstan və Qafqaz regionu üzrə yüksək idarəedici menecer vəzifələrində çalışmışdı. Boğaziçi Universitetindən yaxın dost olan bu şəxslərin dövlət agentliyində mühüm rəhbər vəzifələrə gətirilməsi yerli mətbuatda qohumbazlıq və kadr siyasəti baxımından geniş müzakirələrə yol açmışdı. Geri qayıt |