Əsas Səhifə > Ana xəbər / Güney Press > BOKT “AZKREDİT”in rəhbərliyində təyinat olub
BOKT “AZKREDİT”in rəhbərliyində təyinat olubDünən, 09:46 |
|
BOKT “AZKREDİT” ASC-nin İdarə Heyətinə yeni üzv seçilib. Banker.az xəbər verir səhmdarların Ümumi Yığıncağı Vəliyev Samir İnqilab oğlunu İdarə Heyətinin yeni üzvü kimi təsdiqləyiblər. Bununla da BOKT-nin İdarə Heyəti sədrlə birlikdə üç nəfər üzvdən ibarət olacaq. Xatırladaq ki, “AzKredit” ASC 2019-cu ildə MMC kimi təsis edilmiş, 2020-ci ildən ASC formasında fəaliyyət göstərir. BOKT-nin nizamnamə kapitalı 600 min manat təşkil edir. “AzKredit” ASC 2025-ci ildə 884 min manat xalis mənfəət açıqlayıb. Bu göstərici bir il əvvəlki 1 milyon 148 min manatla müqayisədə 23% aşağı düşüb. Kredit təşkilatının cəmi aktivləri 3,2 milyon manatdan 3,22 milyon manata yüksəlib, illik artım 0,8% olub. Kredit portfeli (xalis) 2,38 milyon manatdan 2,85 milyon manata çatıb, 19,9% artım qeydə alınıb. Portfelin 60,4%-ni istehlak, 19,8%-ni xidmət sektoru, 9,7%-ni ticarət və xidmətlə bağlı kreditlər, 7,6%-ni kənd təsərrüfatı kreditləri təşkil edir. Son bir ildə BOKT-nin işçi sayı 1 nəfər artaraq 50 nəfər olub. Geri qayıt |