Əsas Səhifə > Ana xəbər / Güney Press > "Azərbaycanın təklifini blokladıq, Paşinyan çoxluğu itirdi"
"Azərbaycanın təklifini blokladıq, Paşinyan çoxluğu itirdi"Dünən, 06:34 |
|
Ermənistan müxalifəti hakimiyyətə qarşı növbəti sərt bəyanatla çıxış edib. Musavat.com xəbər verir ki, müxalif "Güclü Ermənistan" blokunun nümayəndəsi Narek Karapetyan bildirib ki, Azərbaycanın irəli sürdüyü konstitusiya dəyişiklikləri ilə bağlı təkliflərin qarşısını aldıqlarını iddia edirlər. "Biz Azərbaycanın təklif etdiyi konstitusiya dəyişikliklərini blokladıq. Tarixdə ilk dəfədir ki, Paşinyanın konstitusion çoxluğu yoxdur və ilk dəfədir ki, o, xalqın əksəriyyətinin etimadını itirib. Biz yerli seçkilərdə qalib gələcəyik, xalqın etimadını daha da möhkəmləndirəcəyik və sonda Ermənistan xalqı demokratik yolla mövcud hakimiyyəti dəyişəcək. Biz sizin uğrunuzda mübarizə aparacağıq", - deyə Karapetyan bildirib. Geri qayıt |