Əsas Səhifə > Ana xəbər / Güney Press > Paşinyan Rusiya ilə münasibətləri qaydasına qoymağa çalışır

Paşinyan Rusiya ilə münasibətləri qaydasına qoymağa çalışır


Bu gün, 04:11

TASS agentliyi Rusiya hökumətinin mətbuat xidmətin istinadən yazır ki, Ermənistan baş naziri Nikol Paşinyan Rusiyaya gələcək və baş nazir Mixail Mişustinlə görüşəcək.
"DİA-AZ" xəbər verir ki, görüşün Yekaterinburqdakı “İnnoprom” sərgisi çərçivəsində olacağı bildirilib. Görüşə Avrasiya İttifaqı üzvlərinin baş nazirlərinin qatılacağı vurğulanıb.
Mixail Mişustinin həmçinin Belarus və Qırğızıstan baş nazirləri ilə də görüşəcəyi qeyd edilib.
Hələlik Ermənistan hökumətindən Paşinyanın səfəri və görüşlə bağlı hər hansı məlumat verilməyib.
Ermənistanda iyunun əvvəlində baş tutan seçkilərdən sonra Paşinyan yalnız bir dəfə ölkə xaricinə çıxıb. O, İranın keçmiş ali dini Əli Xameneinin dəfn mərasiminə qatılıb. Seçki ərəfəsində o, seçkidən sonra ilk hansı ölkəyə səfər edəcəyinə də qəti cavab verməmişdi. Bununla belə Paşinyan Rusiya ilə yanaşı Qərblə münasibətləri inkişaf etdirəcəyini açıqlamışdı.

Geri qayıt