Əsas Səhifə > Ana xəbər / Güney Press > Erməni adı altında Avropaya sığınan...

Erməni adı altında Avropaya sığınan...


Bu gün, 03:41

TikToker Arzum bir layihədir. Qadın adı altında Azərbaycan qadınlarını və ailə dəyərlərini yox etmə layihəsinin üzvüdür. Erməni adı ilə Avropadan oturum alan birinin birdən-birə Azərbaycana gəlib, qısa zamanda bu qədər şişirdilib böyüdülməsi təsadüf deyil.
Bu gün fərqindəsiniz, Amerika və Avropadan da bu qız üçün səsini qaldıranlar var. Həbs olunan jurnalist xanımlar, inancına görə həbs edilən qadınlarla bağlı səsini çıxarmayanlar nədənsə Arzumun (İlduzənin) qadınlığını bəhanə edib müdafiəyə qalxırlar.
Yox, cənablar, boşuna özünüzü saxlamağa çalışmayın. Dəvə başını kola soxur, amma dalının çöldə olduğunu unudur. Siz də yaxşı bilirsiniz ki, qadın azadlığı əxlaqsızlıq və tərbiyəsizlik deyil. Qadının ən böyük azadlığı onun isməti və tərbiyəsidir.
Bəlkə beyni yuyulan kütlə bunu görməyə bilər. Amma azacıq başı işləyənlər bu layihəni də, bu layihəyə dəstək verənləri də, bunu qabardan layihə üzvlərini də yaxşı görür.
Hə, bu arada yeganə cəmiyyətik ki, məhkəmələr qanunla qərar verən kimi söyürük. Müəllimə pul veririk ki, uşağımıza bir şey öyrətməsin, qiymət yazsın, diplom alsın. Həkimə pul veririk ki, bizi sağaltmasın, bahalı dərmanlar yazıb bədənimizi asılı hala gətirsin.
Məhz bu zehniyyət üzündən Azərbaycanda məmur özbaşınalığı hər gün artır. Məhkəmələr düzgün qərar vermir. Ölən istər narkoman olsun, istər sürətlə maşın sürsün, qanunda qəzaya səbəbiyyət verən hər kəs günahkardır.
Azərbaycanda bir əl paralel yapı (FETÖ tipli) şəkildə ölkəni ciddi olaraq uçuruma doğru yuvarlayır. O üzdən bu yapının bütün üzvləri hərəkətə keçib. Bunun içində hər millətdən, hər inancdan insan var. İçlərində təhsillisi də, təhsilsizi də, əxlaqlısı da, əxlaqsızı da var və bu günlərdə hamısı eyni qoldan hücum edir.
Hamısının ağası isə okeanın o tayındakı yəhudi-erməni lobbisidir. Azərbaycan xüsusi xidmət orqanları tələsməzsə, bir müddət sonra çox dəhşətli hadisələr yaşanacaq...
Müəllif: Nigar Ögeday Abdullazadə - "DİA-AZ"

Geri qayıt