Əsas Səhifə > Ana xəbər / Güney Press > Zəlzələn “mübarək”, İqbal Ağazadə!
Zəlzələn “mübarək”, İqbal Ağazadə!Bu gün, 03:37 |
|
Hörmətin, ehtiramın, dəyərin, insanlığın, dar gündə dada çatmağın... nə olduğunu bilən adam çox gözəl şəkildə HALİDİR Kİ, bu gözəlim məmləkətdə baş verən “Ləman Ələşrəfqızı, İqbal Ağazadə olayı”nın iqtisadi tərəfindən qat-qat böyük olan digər bir tərəfi var: MƏNƏVİ TƏRƏF!
Bu yerdə xüsusən, qeyd edim ki, bu olayda iqtisadi mahiyyətə görə Ləman Ələşrəfqızının, mənəvi mahiyyətə görə isə İqbal Ağazadənin adına təəssüf etdim!.. Lakin İqbal Ağazadənin adına olan təəssüfüm məni heyrətləndirmədi. Çünki gözlənilən idi!
Həə, əziz dostlar, necə deyərlər, sular bulandı, duruldu... yerdə və sonda(!) yenə görünən, qalan mənəvi mahiyyətin, sayğının necəliyi oldu!
... Belə ki, İqbal Ağazadə həzrətləri bu iki gün ərzində istər sosial şəbəkə müstəvisində, istərsə də mediada məlum məsələdən bir neçə dəfə söz açdı, nəsə danışdı, amma və lakin(!) bircə dəfə də olsun “qurbanlıq” olan Ləman Ələşrəfqızının adını çəkmədi ki çəkmədi!
Və elə həmin Ələşrəfqızının adını çəkməməklə, məhz bu hadisədə onu görməzdən gəlməklə də(!) İqbal Ağazadə bu mövcud məsələyə söykənən çıxışlarının fonunda qəribə bir “məntiqi informasiya” ötürdü, qəribə bir “məntiqi təəsurat” yaratdı:
Sanki Ləman Ələşrəfqızı adını tutan, üzünü tanıyan, küçədə ona salam verən istənilən bir adama (istənilən bir adamın bircə kəlməlik mesaj yazması ilə!) dərhal (İqbal Ağazadəyə verdiyi reaksiya dərəcəsində!) reaksiya verən... VƏ YA bir mesajla düşüncə müvazinətini itirib, mesajın məntiqi mahiyyətinin fərqinə varmadan aldanan bir şəxsdir...
Daha İqbal Ağazadənin mənəvi gücü, mənəvi potensialı çatmadı (VƏ YA özü fərqində olmaq istəmədi) ki, BİR HƏQİQƏTİ BİLSİN Kİ(!) Ələşrəf kişinin qızı Ləmanı — Elçibəyin nitqindəki “tikanlı qız”ı bu olaydakı “qurdun” ağzına atan, “qurda” yem edən elə həmin Ləman Ələşrəfqızının elə həmin İqbal Ağazadəyə olan hörməti, dəyəri oldu...
... Zəlzələn “mübarək”, İqbal Ağazadə!
Müəllif: Emil Rasimoğlu
şair-publisist,
Azərbaycan Yazıçılar Birliyinin üzvü
Geri qayıt |