Əsas Səhifə > Ana xəbər / Güney Press > Azərbaycandan KÖÇ: Axırıncı çıxan QAPINI ÖRTSÜN...

Azərbaycandan KÖÇ: Axırıncı çıxan QAPINI ÖRTSÜN...


Bu gün, 07:56

"Nə qədər adamın ölkədən çıxıb getdiyini bilmək istəyirsinizsə, burda elə bir gizli yoxdur. Avropa nümunəsində bunu aydın göstərmək mümkündür. Rəsmi rəqəmlərə əsasən, 10 il əvvəlki dövrdə əgər hər il 6000 azərbaycanlı Avropada özünün ilk oturumunu alırdısa, hazırda bu rəqəm ildə 12 minə çatıb. Orta hesabla yəni, iki dəfə artıb..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında ReAL Partiyasının qurucu üzvü İlqar Məmmədov qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Düzdür, bunlar arasında bir Avropa ölkəsindən digərinə köçənlər də var, amma belələri azdır. Lap olsun 1-2 min nəfər, qalanı isə hamısı Azərbaycandan təzə köçüb gedənlərdir.
Və bu rəqəm – ildə 12 min nəfər – aiddir ancaq Avropa qitəsinin yarısına. Bilirsiz, orda 47 dövlət var, amma bu aiddir 27 dövlətə. Dünyanın və Avropanın digər hissələrinə bundan da çox adam köçüb gedir Azərbaycandan və biz rahat deyə bilərik, əslində narahat olaraq deyə bilərik ki, hazırda hər il on minlərlə azərbaycanlı ölkəmizi tərk edir.
Yaxşı, bəs səbəbi nədir? Gəlin bu haqda fikirləşək. Hökümət əhali artımında maraqlı deyil. Niyə? Çünki iqtisadiyyat yerində sayır. Məlumdur. Sıfır faiz artım gündəmdədir. Hamı onu müzakirə eləyir – sıfır faizi. Hakim partiyanın hökuməti görünür fikirləşir ki, əhali azalsa ya da çox artmasa, onda adambaşına düşən pay, ümumdaxili məhsulun adam başına hesabı, göstəricisi çox da sürətlə azalmaz. Yəni yoxsullaşmanın gözə girməsi biraz ertələnər və bunlar öz vəzifələrini bir müddət də qoruya bilərlər. Başqa nə fikirləşəsən bu mənzərəyə baxanda?
Onu da deyim ki, bu cür düşüncə bir tələdir. Neft, qaz gəlirlərinə aldanmış hökümət üçün bir tələdir. Çünki köçən hər insan ümumi daxili məhsulun da bir hissəsini gedəndə özü ilə aparır..."

Geri qayıt