Əsas Səhifə > Ana xəbər / Güney Press > "Atəşgah Həyat” Sığorta Şirkətində yeni təyinat olub

"Atəşgah Həyat” Sığorta Şirkətində yeni təyinat olub


Bu gün, 07:20

"Atəşgah Həyat” Sığorta Şirkətində yeni təyinat olub.
"DİA-AZ" xəbər verir ki, 3 iyul 2026-cı il tarixində “Atəşgah Həyat” Sığorta Şirkəti ASC-nin İdarə Heyətinin sədri vəzifəsinə Xumar Emil qızı İmamverdiyeva təyin olunub.
Sığorta sahəsində geniş təcrübəyə malik olan Xumar İmamverdiyeva bu təyinatadək “Atəşgah “ Sığorta Şirkəti ASC-də müxtəlif rəhbər vəzifələrdə çalışıb.
O, 2021–2024-cü illərdə Baş mühasib, 2023–2025-ci illərdə Maliyyə direktoru, 2025-ci ildə İdarə Heyətinin üzvü və
Baş maliyyə inzibatçısı , 2025-ci ilin oktyabr ayından isə Baş risk inzibatçısı vəzifələrində fəaliyyət göstərib.


Geri qayıt